İsrailin baş naziri Benyamin Netanyahu nazirlərə qadağa qoyub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasında qərar qəbul olunub.
Qərarda nazirlərə İran və son atəşkəs razılşaması haqda danışmamaq tapşırılıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Bakı vaxtı ilə gecə saatlarında İsrail və İran arasında tam atəşkəs əldə olunduğunu dünyaya bəyan edib.
Samir MUSAYEV
MİA.AZ