"Azəriqaz" İstehsalat Birliyinin Bakı RQİD- nin MRTİX- nin çilingəri Vahidov Vahid Vaqif oglu tərəfindən "Azəriqaz"ın baş direktoru Azər Məmmədova, Dövlət Əmək Müfəttişliyi Xidmətinə, Dövlət İmtahan Mərkəzinə və bir nüsxəsi də Mia.az-a ünvanlanmış məktub daxil olub.
Məktubda "Azəriqaz" işçisi işlədiyi qurumdakı haqsız və qanunsuz halla üzləşməsindən şikayətlənib: "Yazıb Sizin nəzərinizə çatdırıram ki, 2025-ci ilinl fevral ayında RQİD tərəfindən təşkil olunan "Bilik İmtahanları"nda (Attestasiya ) iştirak etməyimə baxmayaraq, cəmi üç ay sonra, yəni, may ayında bir daha attestasiyaya cəlb olunmuşam.
Düzdür, RQİD və "Azəriqaz" buna "attestasiya" demir, Əmək Məcəlləsinin 215-ci maddəsi ilə "don geydirməyə" çalışırlar. Lakin qanun başqa deyir...".
Şikayətçi bildirir ki, may ayındakı proses Əmək Məcəlləsinə zidd olsa da, özünə güvəndiyi üçün attestasiyaya qatılıb: "Biliyimə, potensialıma və iş əmsalıma arxayın oldugumdan bu attestasiyada da iştirak etdim. Attestasiya zamanı verilən suallara əla cavab verdim. Ancaq sonradan mənim guya suallara cavab vermədiyim barədə saxta rəy hazırlanıb. RQİD rəhbərliyi isə bu saxta rəyi əsas götürərək, kütləvi şəkildə digər işçilər kimi, mənim də əmək muqaviləmə dəyişikliyə qərar verib".
Çilingər bildirir ki, bu haqsızlıqla barışmaq niyyətində deyil: "Yuxarida göstərilənlərlə qətiyyən razı deyiləm. Sizdən xahiş edirəm, əgər gerçək attestasiya aparılıbsa, o zaman bunun video sənədləşməsi, imtahan götürənlərin sertifikatı, protokolunun surəti və mənim "Azəriqaz"dakı şəxsi işimin surəti Dövlət İmtahan Mərkəzinə, o cümlədən Dövlət Əmək Müfəttişliyi Xidmətinə təqdim olunsun. Çox istərdim ki, ekspertlər bu məsələni araşdırsınlar".
Şikayətçi sonrda ölkə rəhbərlyindən məsələyə müdaxilə edilməsini və hqsızlığın aradan qaldırılmasını xahiş edib.
Xatırladaq ki, son həftələr Mia.az-a "Azəriqaz"da saxta imtahan, yaxud struktur dəyişikliyi ilə kütləvi ixtisarlara start verilməsi barədə şikayətlər daxill olur. Artıq Bakı və rayonlarda ixtisar adıyla qanunsuzluqlarla üzləşən işçilər tərəfindən Mia.az-a xeyli şikayət məzmunlu məktublar göndərilir...
Samir
MİA.AZ