Baş prokuror Kamran Əliyev yeni təyinatlara imza atıb.
Mia.az xəbər verir ki, müvafiq əmrlərlə Abdullayev Natiq Saleh oğlu Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis, Həsənəliyev Fazil Əsgər oğlu Elm-Tədris mərkəzinin rəisi, Mahir Abbasov İstintaqa Nəzarət İdarəsinin rəisi təyin olunublar.