İsrail-İran müharibəsinin 7-ci günündə İran İsraildə böyük dağıntılar yaradan raket fırladıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, paytaxt Təl-Əvivi ballistik raketlərlə vuran İran Somoka xəstəxanasını və birja binasını çökdürüb.
İlkin məlumata görə, budəfəki raket hücumunda ən azı 50 israilli yaralanıb.
Məlumatda deyilir ki, İran bu dəfəki raketlərə HƏMAS-ın öldürülən liderləri Yəhya Sinvar və Həsən Nəsrullahın şəkillərini vurub.
Raketlərin üzərindəki şəkillər dünyanın aparıcı media orqanlarında tirajlanıb.
Samir MUSAYEV
MİA.AZ