Bu gün Xəzər dənizində zəlzələ baş verib.

Mia.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, 3,1 maqnitudalı yeraltı təkanlar yerli vaxtla saat 02:59-da qeydə alınıb.

Zəlzələ ocağı 50 kilometr dərinlikdə yerləşib.