İran Baş Qərargah rəisi Əbdürrəhim Musəvi İsrailin paytaxtı Təl-Əviv və Hayfanın əhalisinə xəbərdarlıq edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, hər iki şəhərə indiyədək görünməyən raket zərbələri endirəcəklərini bəyan edib.
İranlı general daha çox mülki insanların ölməsini istəmədiklərini deyib: "Bilin ki, indiyə qədər həyata keçirilən əməliyyatlar sadəcə çəkindirmə üçün xəbərdarlıq idi. İndisə gerçək cəza əməliyyatı həyata keçiriləcək. Bu əməliyyat tamam fərqli olacaq. İsrail indiyədək istifadə etmədiyimiz hücumu dadacaq"
Məlumatda deyilir ki, bu xəbərdarlıqdan az sonra İran İsrailə qarşı yeni raket hücumuna başlayıb.
Tahir Şəlvəli
MİA.AZ