İran bu gün Bakı avxtilə saat 09.50 radələrində İsrailə yeni raket hücumuna başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu təcili məlumat yayıb.
Məlumatda əhali sığınacaqlara getməyi tövsiyə olunub: "İkinci xəbərdarlığa qədər sığınacaqları tərk etməyin"
İkin məlumata görə, İsrail ordusu hava hücumundan müdafiə sistemlərinin tam gücü ilə işlədiyini də açıqlayıb.
"TRT haber"in məlumatına görə, İran budəfəki hücumunda daha az reket buraxıb.
Xəbərdə deyilir ki, bu gün İranın atdığı raketlərdən biri artıq Təl-Əvivdə bir binaya düşüb.
Mıəlumata əsasən, İsrail Tehranla yanaşı, Təbrizdəki hərbi hədəfləri də bu dəqiqələrdə vurmağa başlayıb.
Lamiyə Əhmədli
MİA.AZ