İran İsrailin hücumuna qarşı ilk qisas hücumuna başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Bildirilib ki, İran İsrailə qarşı 100-dən çox pilotsuz təyyarə yönələndirib: "İran qisas olaraq son bir neçə saat ərzində İsrailə qarşı 100-dən çox pilotsuz uçan aparat yönəldib"
İsrail ordusunun sözçüsü Aviçay Adraeenin sözlərinə görə, həmin PUA-ları İsrailə çatmamış zərərsizləşdirmək üçün hərəkətə keçiblər.
İran İnqilab Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan “Sepahnews” faktı təsdiqləyib: "Kamikadze PUA-lar İrandan İsrailə göndərildi. Qisas əməliyyatı başlayıb"
Xatırladaq ki, bu gün səhərə yaxın İsrail İrana 200-dən çox döyüş təyyarəsi ilə ağır zərbələr endirb.
Samir MUSAYEV
MİA.AZ