"İsrail ötən gecə İrana qarşı birtərəfli hücum aktı həyata keçirdi. Biz İrana qarşı hücumlarda iştirak etmirik. Bunu açıq şəkildə deyirəm"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrailin ötən gecə İranı bombalamasından dərhal sonra ABŞ dövlət katibi Marko Rubio deyib.
ABŞ dövlət katibi bildirib ki, hücumda yer almadıqları üçün İran ABŞ-ın maraqlarını və bölgədəki personalını hədəf almamalıdır: "ABŞ bu hücumda yer almayıb. Dediyim kimi, bizim əsas prioritetimiz bölgədəki Amerika qüvvələrini qorumaqdır".
Rubio etiraf edib ki, İsrail hücumdan əvvəl ABŞ-ı məlumatlandırıb: "Onlar bunu ölkələrinin qanuni müdafiəsi ilə əlaqələndirir. Bundan sonra ABŞ prezidenti Donald Trampın göstərişi ilə bölgədəki qüvvələrimizi qorumaq üçün bütün lazımi addımları atdıq. Regional tərəfdaşlarla əlaqədəyik. Bir daha Tehran rəhbərliyinə açıq deyim: İran ABŞ-ın maraqlarını və şəxsi heyətini hədəf almamalıdır. Bu, bizim açıq və rəsmi xəbərdarlığımızdır"
Samir MUSAYEV
MİA.AZ