Ukrayna prezidenti Vladimir Zelenski Kanadada keçirilən G7 Liderlər Sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşməyı planlayır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Almaniyanın müdafiə naziri Boris Pistorusla Kiyevdə görüşdə deyib.
Zelenski Almaniya hökumətinə ölkəsinə verdiyi dəstəyə görə təşəkkür edib: "Alman tərəfi Ukraynaya alman IRIS-T hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi üçün 3 illik tədarük planı hazırlayıb. Təfərrüatlara varmayacağam. Almaniya bu il bizə 7 milyard avroya kimi dəstək verib. Biz buna görə Almaniyaya minnətdarıq. Ümid edirəm ki, bu ay Kanadanın ev sahibliyi edəcəyi G7 Liderlər Zirvəsində bizə böyük dəstək veriləcək. O tədbirə dəvətliyəm. Orada Rusiyaya qarşı yeni sanksiyaların müzakirə ediləcəyini gözləyirəm. Müzakirəyə qədər Donald Trampla görüşəcəyəm"
Tahir Şəlvəli
MİA.AZ