İran prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyətinin ölkəsinə qarşı qəbul etdiyi qərarı tənqid edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İlam vilayətinə səfəri zamanı ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın rəhbərlik etdiyi MAQATE İdarə Heyətinin ölkəsi əleyhinə qəbul etdiyi qərarı "şər" adlandırıb: "Bu gün İngiltərə, Fransa və Almaniya İrana qarşı bir qərar verdilər. Nə etməliyəm?! Bir ölkənin xalqının öz ayaqları üzərində müstəqil yaşaya bilməsi bunları niyə narahat edir ki?
Bir daha deyirəm ki, İran dinc nüvə fəaliyyətlərini davam etdirəcək. Biz öz yolumuza davam edəcəyik və uranı zənginləşdirəcəyik. Ölkəmizi gənclərimiz və alimlərimizlə inşa edəcəyik. Mərkəzlərimizi bombalasalar da, bütün bu istedadlar bizim düşüncəmizdədir. Onlar nə edirsə etsinlər, biz təkrar ölkəmizi ayağa qaldıracağıq, özü də çox güclü şəkildə...".
Pezeşkian daha sonra ölkəsinin bütün təbəqələrini fikir ayrılıqlarını və problemləri bir kənara qoyub ölkəni düşünməyə dəvət edib.
Xatırladaq ki, dünən Tramp "əgər İran uranı zənginləşdirmək planından əl çəkməsə, tarixdə görülmədiyi şəkildə bombalanacaq", - deyə Tehran rejimini təhdid edib. İran prezidentinin bu bəyanatı isə göstərir ki, Trampın təhdidinə boyun əyilməyəck.
Tahir Şəlvəli
MİA.AZ