"ABŞ prezidenti şənbə günü paytaxt Vaşinqtonda yüzlərlə hərbi maşının və minlərlə əsgərin iştirak edəcəyi hərbi parada dinc etiraz etmək istəyənləri təbii qarşılayacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Karoline Leavitt brifinqdə jurnalistlərdən birinin sualına cavabda deyib.

Belə ki, jurnalist ondan 2-ci dünya müahribəsində amerikalı əsgərlərin qalibiyyətdəki rolunun qeyd olunması məqsədiylə keçiriləcək parada dinc etiraz etmək istəyənlərlə Trampın necə yanaşacağı haqda soruşub. Leavitt isə sual tam bitməmiş "Əlbəttə, Prezident dinc etirazları dəstəkləyir. Bu, nə axmaq sualdır, verirsən...", - deyə qəzəbli cavab verib.

Lamiyə Əhmədli
MİA.AZ