Bu gün Türkiyədə zəlzələ olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtilə saat 14.15-də Kütahyanın Simav rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

Zəlzələ təxminən 7,71 kilometr dərinlikdə baş verib.

Hadisə zamanı ölən və yaralanan yoxdur.

Lamiyə Əhmədli
MİA.AZ