Baş nazir Əli Əsədov Özbəkistanda rəsmi səfərdədir.
Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, Daşkənd Beynəlxalq Hava Limanında Ə.Əsədovu Özbəkistan Baş nazirinin müavini Cəmşid Kuçkarov və digər rəsmi şəxslər qarşılayıblar.