Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ prezidenti Donald Trampın polad idxalına dair qərarına etiraz edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ABŞ prezidenti Donald Trampın polad və aliminum idxalına aid gömrük rüsumunun 25 faizdən 50 faizə qaldırılması qərarını ədalətsiz sayıb: "Bizim nəzərimizdə bunun heç bir hüquqi əsası yoxdur. Çünki iki ölkə arasında ticarət razılaşması var. ABŞ bunu milli təhlükəsizlik baxımından qiymətləndirir. Bununla belə, Ağ Evin sözçüsü Meksika ilə bütün mövzularda, o cümlədən təhlükəsizlik sahəsində yaxşı əməkdaşlığın olduğunu bildirib. Ona görə də bu qərarın doğru olduğunu düşünmürük. Biz bu qərarın ləğvinə çalışacağıq.Bunun üçün İqtisadiyyat naziri Marselo Ebrardın Vaşinqtonda gedəcək, orada ABŞ ticarət naziri Hovard Lutnik ilə danışıqlar aparacaq"

ABŞ ilə ortaq bir yol tapılmasa, Meksikanın adekvat tədbirlərə əl atacağını söyləyən Şeynbaum bildirib ki, bunun üçün bir həftə zaman tanıyacaqlar: "Əgər razılaşma əldə olunmazsa, alacağımız tədbirləri gələn həftə açıqlayacağıq".

Samir MUSAYEV
MİA.AZ