Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 2026-2027-ci illər üçün beş yeni qeyri-daimi üzvü bəlli olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunun üçün BMT Baş Assambleyasında səsvermə olub.
Gizli səsvermə ilə Bəhreyn, Kolumbiya, Konqo Demokratik Respublikası, Latviya və Liberiya BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri seçiliblər: "Bu ölkələr vəzifələrinin icrasına 2026-cı il yanvarın 1-dən, iki il müddət olmaqla başlayacaqlar".
Xatırladaq ki, 15 üzvdən ibarət Təhlükəsizlik Şurasının beş daimi, 10 isə qeyri-daimi üzvü var. Qeyri-daimi üzvlər iki il müddətinə seçilir, daimi üzvlər isə dəyişməzdir.
Zülfiyyə Mustafayeva
MİA.AZ