Rusiyanın Saratov vilayətinin fermerləri ölkə başçısı Putinə maraqlı müraciət ediblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onlar Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya və Monqolustanda yaşayan antilop növü olan sayqak sürüsünün Saratov vilayətində fermerlərə vurduğu müqayisəsiz zərərdən şikayətləniblər.

Putindən zərərin aradan qaldırılması üüçn kömək istəyib və bildiriblər ki, may ayının sonuna kimi 500 min sayqak Qazaxıstandan Rusiyaya keçib və onların əkin sahələrini "işğal" ediblər: "Bu sürü bizim tarlaları məhv edib. Sizin bizi anlayışla qarşılayacağlnı bilir və ümid edirik ki,  bölgəmizdə kənd təsərrüfatının ayaqda qalmasına təhlükə yaradan bu vəziyyətin həllində yardım edəcəksiniz”.

Putinə ünvanlanan məktubda qeyd olunub ki, sayqaklar kənd təsərrüfatı zərərvericiləri kateqoriyasına daxil olunmalıdır: "Bu, yəni onların ovlanmasınlınq adağan olunması daha böyük problemlərə yol açır. Üstəlik, bu heyvanların vurduğu zərər, yəni üzləşdiyimiz itki və ziyan sığortalanmır".

Saratov vilayətinin kənd təsərrüfatı naziri bu gün zərərin qiymətləndirilməsi komitələrinin yaradıldığını və fermerlərə dəstək veriləcəyini bildirib.

Qazaxıstandan "Reuters" agentliyinə bildirilib ki, hazırda ölkədə 4-4,5 milyon sayqak var: "1990-cı illərdə cəmi 25 000 sayqak var idi. Miqrasiya sahələri xeyli genişlənib. Heç kim onlardan pasport tələb etmir”

Qeyd edək ki, 1990-cı illərdə nəsli kəsilməkdə olan sayqaların öldürülməsi və ya ovlanması Rusiyada qadağandır.

Samir MUSAYEV
MİA.AZ