İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 19 nəqliyyat vasitəsi satılıb.
Mia.az xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 134 sifariş qəbul edilib. Bunlardan 29-u onlayn qaydada həyata keçirilib.
Rəqabətli keçən hərracda start qiyməti 18 000 manat olan “Land Rover Defender” markalı avtomobil 35 000 manata, 7 800 manat olan “Toyota Avalon” markalı avtomobil isə 11 206 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://shorturl.at/93My7 linki vasitəsilə tanış olmaq olar.
Növbəti hərraclar iyunun 10-u, 11-i, 18-i və 24-də keçiriləcək. Hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi, 53 nəqliyyat vasitəsi və 4 texnika çıxarılacaq.
Hərraca çıxarılan əmlakların siyahısı ilə https://shorturl.at/PvLDX linki vasitəsilə tanış olmaq mümkündür.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.