Ukrayna Rusiyanı quru yolla Krıma bağlayan nəhəng körpünü yenidən partladıb.
Mia.az xarici mətbuata istiandla xəbər verir ki, bu barədə Ukrayna Kəşfyyat Xidmətinin məlumat yayıb.
Bildirilib ki, aylardır hazırlanan əməliyyat planı ilə Krım körpüsünün dayaqları minalanıb və nəhayət, bu gün partlayış həyata keçirilib: "Bu gün yerli vaxtla saat 04:44 əməliyyat düyməsi basılıb və proses uğurla yekunlaşıb. Körpü artıq idarəolunmaz vəziyyətə düşüb...".
Xatırladaq ki, Ukrayna kəşfiyyatı bundan əvvəl də bir neçə dəfə körpüyə hücum etsə də, arzulanan effekti ala bilməyib.
Samir MUSAYEV
Mia.az