“King of the Hill” cizgi filmində "Con Redkorn" obrazını səsləndirən aktyor Conatan Cos qonşusu tərəfindən gülləlnərək öldürülüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə ABŞ-ın Texas ştatında baş verib.
Bildirildiyinə görə, Texas ştatının San Antonio şəhərində baş verən hadisədə 61 yaşlı aktyor qonşusu Siqfredo Alvarez Ceja ilə mübahisə edib.
Şahidlərin dediyinə görə, Cosun ərazidəki evi fevral ayında bölgədə baş verən güclü yanğında tamamilə yanıb: "Aktyor həmin yanan evə görə ödənilən kompensasiyanı almaq üçün əraziyə gəlib. O, burada yanan evinə baxarkən ölən itlərindən birinin skeletini görüb və özündən "çıxıb". O, daha sonra əsəblərinə hakimola bilməyib və ətrafdakılara qışqırmağa başlayıb. Bu zaman onunla eyni küçədə yaşayan Ceja arasında mübahisə yaranıb. Qəzəblənən Ceja maşından silahını götürüb, aktyoru güllələyib. Hadisə yerinə gələn həkimlər Jossu xilas edə bilməyiblər. Qonşusu isə qısa müddət sonra saxlanılıb".
Ləman
MİA.AZ