Türkiyənin Muğla bölgəsinin Marmaris rayonu sahillərində ötəngecə yarısı 5,8 bal gücündə zəlzələ baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, AFAD-ınnməlumatına əsasən, episentri Aralıq dənizinə təsadüf edən zəlzələ Bakı vaxtilə saat 03.17-də olub.

Zəlzələdən qorxuya düşən əhali ehtiyat tədbiri olaraq parklara qaçıblar.

Muğla valisi İdris Akbıyık bildiirb ki, zəlzəldən  ümumilikdə 69 nəfər zərər çəkib: "10-u təcili yardım, 45-i ambulator olmaqla, ümumilikdə 55 vətəndaşımız xəstəxanalara müraciət edib. 14 vətəndaşa isə yerində tibbi xidmət göstərilib. Təəssüf ki, Fethiye rayonunda zəlzələ zamanı panik atak keçirərək xəstəxanaya gətirilən 14 yaşlı uşaq müdaxilələrə baxmayaraq, vəfat edib. Allah rəhmət eləsin".

Valinin sözlərinə görə, zəlzələdən sonra şəhərin enerji, su və qaz infrastrukturunda problem yaranmayıb: "Şəhərdə dağıntı yoxdur".

Ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum və Daxili işlər naziri Ali Yerlikaya da açıqlama yayaraq "keçmiş olsun" deyiblər: "Allah ölkəmizi, millətimizi bəlalardan qorusun”

İzmir valisi Süleyman Elban da zəlzələnin şəhərdə qorxu yaratdığını bildirib: "Xəsaərt alan və dağıntı halları qeydə alınmayıb"

Firudin Səfərli
MİA.AZ