Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan millisini təbrik edib.
Mia.az xəbər verir ki, bu braədə onun paylaşımda deyilir: “Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik! Milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”