Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu gün İstanbulda növbəti görüş olacaq

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məqsədlə Rusiya nümayəndə heyəti ötən axşam İstanbula gəlib.

Rusiya nümayəndə heyətinə Putinin müşaviri Vladimir Medinski liderlik edir.

Ukrayna prezidenti Vladimir Zelenski də İstanbula heyət göndıərəcklərini deyib. Ukraynalı heyətə isə müdafiə naziri Rustem Umerov rəhbərlik edir.

Xatırladaq ki, dünən Ukraynanın Rusiyanın hərbi təyyarə bazalarına sensasiyalı hücumundan sonra bəziləri görüşün olmayacağı ehtimalını qabardırdılar...   

Lamiyə Əhmədli
MİA.AZ