Xəzər dənizində zəlzələ olub.
Mia.az xəbər verir ki, bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət yerli vaxtla saat 09:02-də qeydə alınıb.
Maqnitudası 3,1 olan zəlzələnin dərinliyi 67 km olub.