"İyunun 2-də İstanbulda danışıqların ikinci raundunun keçirilməsi təklifinə hələ də Ukraynadan cavab ala bilməmişik"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin suallarına cavabda deyib.
O bildirib ki, bu azmıış kimi, prezident Vladimir Putinin müşaviri, Ukrayna üzrə nümayəndə heyətinin rəhbəri Vladimir Medinski və ailəsinə qarşı təhdidlər var: "Bu, tamamilə dəhşətlidir. Rusiya İstintaq Komitəsi məsələni araşdırır. Bu təhdidlərin mənbəyi Ukrayna və Kiyev rejimidirsə, o zaman vəziyyət daha vahimdır".
Ukraynanın danışıqların yeni raundunu pozacağı təqdirdə Rusiyanın atacağı addımlarla bağlı sualı cavablandıran Peskovun sözlərinə görə, ikinci raund üçün Ukraynaya 2 iyunda İstanbulda görüşməyi təklif ediblər: "Lakin təəssüf Ukraynadan hələ heç bir cavab gəlməyib. Bundan sonra nə baş verəcəyini isə zaman göstərəcək"
Samir MUSAYEV
MİA.AZ