Müğənni Nura Suri sosial şəbəkədə yazdığı statusların ona problem yaratdığını deyib.
Mia.az xəbər verir ki, sənətçi "Günə bax" proqramında bununla bağlı sualları cavablandırıb:
"Yazanda yazıram ki, öz fikrimdir. Mənə müsbət yox, mənfi təsir bağışlayır. Heç vaxt kiminsə haqqında dostluq edim, sabah aramız dəysin, sosialda yazım etmirəm. Çalışıram insanların problemindən yazım, dünyada baş verən hadisələrə münasibət bildirim. Heç vaxt şəxsi münasibətdən yazmamışam. Heç öz şəxsi həyatımdakı problemləri, həyat yoldaşımla aramda olanları çıxıb efirdə danışmamışam, yazmamışam. İnsanlarda niyə belə fikir formalaşıb bilmirəm. Doğrunu yazanlardan qorxurlar, çəkinirlər. Belə yazanı "demaqoq" adlandırırlar. Ona görə də bir dəfə müsahibəmdə demişdim ki, gərək yaltaq olasan ki, hamı tərəfindən qəbul olunasan. Doğrunu dedikcə, səndən çəkinirlər. Elə çəkinsələr yaxşıdır. Doğrunu həzm edə bilməyən insan mənim yanımda olmasın, adımı çəkməsin".