ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuya xəbərdarlıq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Oval Ofisdə keçirilən mərasimdə danışıb.

O, İranla danışıqların yaxşı getdiyini və müsbət nəticəyə ümid etdiklərini qeyd edib.

Bildirib ki, nüvəsiz İran uğurunda danışıqlar, əslində, İran və Yaxı Şərq bölgəsi üçün vacibdir.

Bu sözlərdən sonra jurnalistlərdən biri Trampa “Ötən həftə İsrailin Baş naziri Netanyahuya telefon danışığınız olub. Siz onunla İranla bağlı müzakirə aparıbsız. Həmin vaxtı ona İranla danışıqları poza biləcək addımlar atmaması barədə xəbərdarlıq etdiniz?” sualı verib.

O, suala cavabda belə deyib: "Düzünü desəm, bəli, etdim. Lakin təfərrüatı açmayacam. Dediyim kimi, biz İranla çox yaxşı danışıqlar aparırıq. Bunun necə bitəcəyini görəcəyik. Ancaq mən İranla yaxın həftələrdə razılaşmanın əldə oluna biləcəyini düşünürəm!".

Samir MUSAYEV
MİA.AZ