"İstanbul danışıqlarında razılaşdırılan memorandum layihəsini hazırlayır. Rusiya Ukrayna münaqişəsinin həlli ilə bağlı kompromis prinsipləri, mümkün sülh razılaşmasının əldə olunması müddəti və potensial atəşkəslə bağlı məsələləri orada qeyd edib"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Dağıstan Respublikasının paytaxtı Mahaçqalada mətbuat konfransında deyib.
O, Türkiyənin ev sahibliyi ilə Rusiya və Ukrayna arasında birbaşa danışıqların aparılmasını təqdir etsə də, rəsmi Kiyevi "dolaşıq mövqe" sərgiləməkdə ittiham edib: "Biz qarşı tərəfdən də belə memorandum gözləyirik. Kiyev Moskva ilə eyni vaxtda təklifini göndərməlidir. Lakin görünən budur ki, Ukrayna sülhdə maraqlı deyil. Onlar Rusiyadakı mülki ünsürlərə hücum edir. Digər tərəfdənisə Kiyev bu terror metodlarının köməyi ilə danışıqlar illüziyası yaratmağa çalışır”.
Lamiyə Əhmədli
MİA.AZ