Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovun hazırda 3-cü kursda təhsilini davam etdirir.

Mia.az ajans.az-a istinadla xəbər verir ki, Məcnun Məmmədov Niderlandda Wageningen Universiteti və Araşdırma (WUR) (Wageningen university&research) institutunda təhsil alır.

Qeyd edək ki, Nazir Məcnun Məmmədov 2024-cü ilin iyul ayında Niderlandda səfərdə olub və burada Wageningen Universiteti və Araşdırmalar, o cümlədən digər institutlarla tanış olub. Səfər zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlığın araşdırılması və bu sahədə fikir mübadiləsi aparılıb. Wageningen Universiteti və Araşdırmalar insitutu kənd təsərrüfatı və meşəçilik sahəsində dünyada 1-ci yerdədir.

Nazir bu səfəri ilə bağlı 2024-cw ildə X hesabında paylaşım da edib.

Pakistanın Pəncab Əyalətinin paytaxtı Lahorda yerləşən LUMS – Lahor İdarəetmə Elmləri Universitetinin rəsmi səhifəsində qeyd olunub Azərbaycanın Kəndə Təsərrüfatı Naziri Məcnun Məmmədov hazırda Wageningen Universiteti və Tədqiqat və TIAS Biznes və Cəmiyyət Məktəbinin birgə proqramı olan Qida və Aqrobiznes üzrə Executive MBA dərəcəsini davam etdirir.

Yazıda həmçinin qeyd olunur ki, LUMS-da Məmmədov LUMS Sahibkarlıq Cəmiyyətində, LUMS Macəra Cəmiyyətində və LUMS Səyyahlar Cəmiyyətində fəal iştirak edib. Universitet Məmmədova gələcək fəaliyyətində uğurlar arzulayır.

Bu paylaşım 2023-cü ildə saytda paylaşılıb. 2025-ci ildə nazir artıq 3-cü kursda təhsil almalı idi.

Nazir Məcnun Məmmədovun bu təhsilə distant (online), yoxsa əyani şəkildə qatıldığını dəqiqləşdirmək üçün nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovla əlaqə saxladıq.

Vüqar Hüseynov bildirib ki, nazir hazırda Niderlandda təhsil almır. Amma nazirin bu günə qədər təhsilə distant (online) olaraq qatılması, yaxud dərslərdə iştirak etmək üçün Niderlanda gedib-gəlməsi barədə suallarımız cavabsız qaldı.

Maraqlıdır ki, Aərbaycan və Pakistanda təshil alan Nazir Məcnun Məmmədovun Niderlandda təhsil alma zərurəti nədən yaranıb və hansı səbəbdən nazir təhsilini yarımçıq qoyub?

Mia.az onu da bildirir ki, Azərbaycanda distant təhsil rəsmən tanınmır və onun diplumu qəbul edilmir. Elə isə nazir bu mənasız təhsilə niyə yönəlib? Görəsən, Elm və Təhsil Nazirliyi onun bu diplomunu tanıyacaqmı?

MİA.AZ