Bakıda "Motodrom"da yanğın başlayıb.

Məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Nazirlikdən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Motodrom adlanan sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.