Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı meyxana ustası Ağamirzə Məmmədov olub.
Verilişdə Rəşad Dağlının çox ədəbli biri olduğunu söyləyən meyxana ustası onunla bağlı xatirələrini bölüşüb:
"Rəşadı yaxşı tanıyıram. Həmişə hörmətcil biri olub. Məclislərdə heç vaxt məndən öncə mikrofonu əlinə almayıb. Hətta bir dəfə arxamca gələrək belə demişdi:
"Sən birinci hamını salamlamalı, qafiyə tutmalısan, sonra da biz meyxana deməliyik".
Ağamirzə Məmmədov qəzəlxan Məşədibabadan bəhs edərkən isə "o, çox təhlükəli meyxanaçı idi. Heç kimdən çəkinmirdi" deyib.
O, həmçinin meyxananın əvvəlki və hazırkı dövrü arasındakı fərqlərdən, övladlarından və onlara verdiyi tərbiyədən danışıb.