Rusiya prezidenti Vladimir Putin maraqlı mesajlar verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Putin bu barədə Moskvada şirkət nümayəndələri ilə görüşdə söz açıb.
O, sanksiyalara baxmayaraq, ölkə iqtisadiyyatının sürətlə böyüdüyünü bildirib.
Əlavə edib ki, ölkə iqtisadiyyatı alıcılıq pariteti baxımından dünyada dördüncü sıraya yüksəlib: "Rusiya iqtisadiyyatı çətin şərtlərdə üstün bir sürətlə böyüyür. 2023-cü ildə 4,1, keçən il isə 4,3 faiz böyümə var. Bu, yaxşı bir göstəricidir".
Putin Ukrayna savaşından sonra ölkəyə siyasi və iqtisadi təzyiqlərə cəhd göstərildiyini təkrarlayıb. Rusiya liderinin sözlərinə görə, bu, onlara bir çox sahələrdə geriləmə yox, əksinə inkişaf üçün stimul verib: "Ukraynadakı xüsusi əməliyyat başlaayndan bəri ölkənin iqtisadi sektorundakı artım məhdud sektorlarda deyil, bizim sənaye, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, bir çox xidmət sahələrimiz, o cümlədən maliyyə kimi müxtəlif sektorlarınız sürətlə və daha möhkmə təməl üzərində inkişaf edib və etməkdədir. Düzdür, Rusiya iş dünyası son illərdə beynəlxalq ödənişlər, logistika və tədarük zənciri sahələrində çətinliklərlə üzləşib. Bir çox Qərb şirkətləri siyasi təzyiqlərlə Rusiya bazarından geri çəkilərək, rus ortaqlarını çətin vəziyyətə salıb. Bəli, bəzi ABŞ şirkətləri Rusiyaya tibbi avadanlıq tədarükünü və xidmətlərini davam edir, lakin Avropa şirkətləri bunu etmədi. Nəticədə yerli istehala diqqətimiz yönəldi və uğurlara imza atdıq. Biz bundan sonra da yerli istehsala üstünlük verməliyik. Xaricdən məhsullar alınması getdikcə azaldılmalıdır. Bu sahədəki bütün boşluqların bağlanmalıdır. əks halda yerli iqtisadiyyatı inkişaf etdirə bə daxili bazarımızı qoruya və son nəticədə öz məhsulumuz olmaya bilər".
Müşavirədə çıxış edən iş adamlarından birinının ABŞ-ın Microsoft və Zoom texnoloji şirkətlərinin Rusiyada qazanc əldə etməyə davam etməsinə diqqət çəkməsinə dərhal reaksiya verən Putin sərt tonda bunun qarşısnın alınmasının vacibliyini önə çəkib: "Tamamilə razıyamm, bəli, onların nəfəsləri kəsməlidir. Tərəddüd etmədən deyirəm, çünki onlar da bizi boğmağa çalışırlar, cavab verməliyik".
Putin daha sonra bildirib ki, rusiyalı gənclər "pis vərdişlər”i ehtiva edən Qərb xidmətlərindən qurtulmalıdırlar. O, daha sonra Ukrayna müharibəsinin başlaması ilə Rusiya bazarını tərk edən McDonald's şirkətini təhdid edib: "Hamını çətin vəziyyətə saldılar, getdilər, indi qayıtmaq istəsələr, onlara yol açılmayacaq"
Samir MUSAYEV
MİA.AZ