Türkiyə Respublikası Mərkəzi Bankının valyuta ehtiyatı artıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə bank həftəlik hesabat yayıb.
Bildirilib ki, əvvəlki həftə ilə müqayisədə Mərkəzi Bankın ehtiyatı 1 milyard 314 milyon dollar artıb: "Hazırda valyuta ehtiyatı 145 milyard 657 milyon dollara çatıb. Qeyd edilən dövrdə qızıl ehtiyatları isə 2 milyard 865 milyon dollar azalaraq 83 milyard 121 milyon dollardan 80 milyard 256 milyon dollara düşüb".
Samir MUSAYEV
MİA.AZ