İtaliyanın paytaxtı Romada 24 yaşlı alman turist "qəribə" oğurluq aktı həyata keçiriib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, elektrik skuterdə qədim Roma əsərini oğurlayıb qaçarkən polis onu qovalayıb.
Məlumata görə, hadisə çərşənbə günü axşam ABŞ səfirliyinin yaxınlığındakı tarixi Via Veneto küçəsində baş verib: "Roma polisi gənc turistin skuterinin ayağında 30 kiloqramlıq mərmər sütun əsası daşıdığını görəndə onu qovalamağa başlayıb. Qısa müddət sonra saxlanılan turist artefaktı yadigar kimi götürdüyünü deyərək, oğurluq ittihamını rədd edib".
Xəbərdə artefaktın necə oğurlanmasının detalları açıqlanmayıb. Lakin bildirilib ki, atefakt tarixi əhəmiyyətə malikdir.
Roma Arxeologiya Qurumu mərmər parçasının tarixi əhəmiyyətii təsdiqləyib.
Ləman
MİA.AZ