Danimarka parlamenti pensiya yaşının artırtılması barədə layihəni müzakirəyə hazırlaşır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, layihəyə əsasən, ölkədə pensiya yaşı 2040-cı ilə qədər 70-ə qaldırılmalıdr.
Əghər qanuna "hə" deyilərsə, bu, Danimarkanın Avropanın ən yüksək pensiya yaşı daşıyan ölkəsi ünvanını alması demək olacaq.
Xatırladaq ki, 2006-cı ildən pensiya yaşını gözlənilən ömür uzunluğuna görə təyin edən Danimarka hər beş ildən bu məsələ üzrə qanuna yenidən baxır. Hazırda ölkədə pensiya yaşı 67-dir: "Cümə axşamı günü parlamentin müvafiq komissiyasında yaş həddinin 70-ə qaldırılması məqsədəuyğunsayılaraq parlamentin müzakirəsinə buraxılmasına razılıq verilib".
Məlumatda deyilir ki, yaş həddinin yenidən artırılması niyyəti indidən bəzi qurum və əhali tərəfindən etirazla qarşılanıb.
Lamiyə Əhmədli
MİA.AZ