Bu gün Xocalı şəhəri və Ballıca kəndinə növbəti köç həyata keçirilib.
Mia.az xəbər verir ki, bu dəfə Xocalı şəhərinə 8 ailədən ibarət 29 nəfər, Ballıca kəndinə isə 1 ailədən ibarət 5 nəfər köçürülüb.
Artıq onlara daimi yaşayacaqları evlərin açarları təqdim olunub.