İran və ABŞ arasında nüvə danışıqlarının beşinci raundunun vaxtı açıqlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, görüş mayın 23-də Romada keçiriləcək.

İki ölkə arasında vasitəçilik edən Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi bildirib ki, o, həmin günü Romada olacaq.

Tahir Şəlvəli
MİA.AZ