Bu gün Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda keçirilən danışıqlarından ilk anlaşma əldə olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qarşılıqlı razılaşma əsasən, tərəflər 1000-dən çox hərbçi əsirin mübadiləsini aparacaqlar.

Bu barədə yayılan xəbəri Ukrayna müdafiə naziri Rustem Umerov təsdiqləyib: "Rusiya ilə 1000 hərbi əsir dəyişdirmək barədə razılığa gəldik”

 Rusiya nümayəndə heyətindən isə bildirilib ki, danışıqlardan razı qalıblar: "Məmnunuq. Rusiya və Ukrayna mümkün atəşkəslə bağlı öz mövqelərini tezliklə ətraflı şəkildə bir-birinə təqdim edəcək. Daha sonra danışıqlar davam etdiriləcək"

Firudin Səfərli
MİA.AZ