Bu gün Türkiyə Rusiya ilə Ukrayna arasında sülh danışıqlarına ev sahibliyi edəcək. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İstanbulda baş tutacaq görüşə hər iki ölkənin liderləri qatılamayacaq.

Məlumata görə, Xarici işlər naziri Hakan Fidanın başçılıq etdiyi heyəti ABŞ dövlət katibi Marko Rubio ilə birlikdə Ukrayna müdafiə naziri Rustem Umerovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti və Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti arasında birgə 4-lü atəşkəs danışıqlarına start verəcəklər.

Yerli və xarici mətbuatın böyük marağına səbəb olan danışıqlarda iştirak etmək üçün İstanbula gələn Rusiya nümayəndə heyətinin rəhbəri, Putinin müşaviri Vladimir Medinski tarixi zirvəylə bağlı deyib ki, İstanbula Putinin göstərişi ilə  gəliblər: “İstanbulda ciddi və peşəkarcasına işləmək niyyətindəyik. Putinin təklif etdiyi birbaşa danışıqların məqsədi münaqişənin köklü səbəblərini aradan qaldırmaq, uzunmüddətli və davamlı sülhə nail olmaqdır. Biz qarşı tərəflə bu barədə üz-üzə danışacağıq"

Samir Musayev
MİA.AZ