Fransanın Kann şəhərində bu il 78-ci dəfə keçirilən dünyanın ən nüfuzlu kino tədbirlərindən biri olan Kann Film Festivalı növbəti dəfə ulduzların paradına şahidlik edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tədbirə qatılan türk aktrisa Hande Erçel çəhrayı libası ilə qırmızı xalçada "iz qoyub".

Onun festivaldakı sevgilisi Hakan Sabancı və “Mümkün olmayan missiya: Son hesablaşma” filminin qala gecəsi ilə yanaşı, geyimi diqqət çəkib.

Aktrisanın 31 milyon izləyicisi ilə səhifəsində paylaşdığı fotoya isə qısa zamanda yüz minlərlə bəyənmə və şərh gəlib.

Xəbərə görə, aktrisa ilə bərabər Erçelin uzun müddətdir sevgilisi olan iş adamı olan Hakan Sabancının da festivalda olub-olmaması maraq doğurub.

Cütlüyə yaxın mənbələr Sabancının Erçelə dəstək olmaq üçün Kanna gəldiyini, lakin jurnalistlərdən "gizləndiyi" iddia olunub.

Ləman
MİA.AZ