Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım İşləri üzrə Agentliyi (UNRWA) Qəzza ilə bağlı SOS verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qurum 1.8 milyondan çox əhalinin yaşadığı Qəzzanın kütləvi aclıqla üzləşdiyini bəyan edib.

Bildirilib ki, mart ayının 2-dən İsrailin sərhədləri tamamilə qapatmasından sonra Qəzzaya ən kiçik yardm belə daxil olmayıb: "Sərhəddə shəmi vaxtdan gözləyən yardım tırlarındakı ərzaq və dərman ehtiyatları isə xarab olmaq üzrədir. Ən facili hal budur ki, artıq Qəzzanın daxilindəki ərazaq depoları boşalıb".
 

UNRWA-nın Qəzza Məsələləri üzrə direktoru vəzifəsini icra edən Sam Rose deyib ki, zolaqda yarım milyon insan hazırda "şiddətli aclıq"dan əziyyət çəkir: “Artıq anbarda 200 min nəfərə yetəcək qədər un var. Bu fakt vəziyyətin necəliyinin bariz təsdiqidir”

Tahir Şəlvəli
MİA.AZ