ABŞ Türkiyəyə yeni raketlər satır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
Qeyd edilib ki, 300 milyon dəyərində satılacaq döyüş sursatlarına qısa və ortamənzilli hava-hava raketləri daxildir: "Bu raketlərin idarə olunması üçün lazımlı logistika və proqram dəstəyi də veriləcək. Satışla bağlı Konqresə məlumat verilib. Bu satış Avropada siyasi və iqtisadi sabitlik üçün NATO üzrə əsas müttəfiqlərimizin təhlükəsizliyini artıracaq. Eyni zamanda, Türkiyəyə hava hücumundan müdafiə qabiliyyətini gücləndirməyə xidmət edəcək".
Məlumatda o da deyilir ki, həmin raketlər müxtəlif hava əməliyyatlarında, xüsusilə F-16-lara təchiz olunmuş formada da istifadə edilə bilər.
Lamiyə Əhmədli
MİA.AZ