ABŞ prezidenti Tramp Səudiyyə Ərəbistanıda Suriya prezidenti Əhməd Şəra, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Türkiyə prezidenti Ərdoğanın isə videokonfransla qatıldığı 4-lü zirvə görüşü təşkil edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə Tramp Suriyaya qarşı sanksiyaları ləğv etdiyini söyləməklə yanaşı, bölgədəki vəzityyətin kökündən dəyişilməsi üçün gərəkli addımlar atılacağını qeyd edib.

Məlumata görə, Suriya ilə Ərəbistanı arasındakı ixtilaf səbəbindən 25 ildən sonra baş tutan tarixi zirvədə çıxış edən Ərdoğan sülh mesajları verib.

Görüşlə bağlı detalları bu gün lideri olduğu AK Partiyanın iclasında açıqlayan Ərdoğan bildirib jki, bu səhər ABŞ prezidenti Tramp, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və Suriya prezidenti Əhməd Şara ilə dördtərəfli uğurlu görüş keçiriblər: "İnşallah, bu görüşün təsirini tezliklə görəcəyik. Ötən həftəki telefon danışığımızdan sonra ABŞ prezidenti Trampa Suriyaya qarşı sanksiyaları ləğv etdi. Buna görə dostum Trampa təşəkkür edirəm. İndi isə amansızlığın pik həddə çatdığı Qəzzadakı humanitar faciəni sona çatdırmaq üçün göstərdiyimiz səylərdə Trampın dəstəyini, inşallah, tezliklə görəcəyimizə ümid edirik. Bu barədə zirvədə də danışdım. Türkiyə Suriyanın sabit, firavan, region ölkələri ilə birgə işləyən, qonşularına təhlükə yaratmayan bir ölkə olmasını arzulayır, bunun üçün səy göstərir. Eyni zamanda, Türkiyə Qəzzadakı zorakılığın dayandırılması üçün bütün imkanları ilə çalışır..."

Onu da qeyd edək ki, əgər sabah Putin İstanbula gələrsə, Tramp da BƏƏ-dən ora yollanacaq.

Firudin Səfərli 

Mia.az