Bu gün Türkiyədə güclü zəlzələ olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata əsasən, epsentri Aralıq dənizininə düşən və Bakı vaxtilə saat 02.51-də baş verən 6 bal gücündəki titrəyiş Muğlada qorxuya səbəb olub.
Bildirilib ki, Muğla və ətraf bölgələrin əhalisi qorxudan gecəni bayıra keçirblər
Muğla valisi İdris Akbıyık 6 bal gücündə zəlzələ ilə bağlı bildirib ki, 6 ballıq zəlzələdən sonra kiçik təkanlar hələ də davam edir: "İndiyədək heç bir neqativ hal qeydə alınmayıb. Keçmiş olsun"
Lamiyə Əhmədli
Mia.az