"Ərdoğanla telefon danışığından sonra Suriyaya qarşı sanksiyaların ləğvinə qərar verdim. Dövlət katibi Marko Rubio bu həftə Türkiyədə Suriyanın yeni xarici işlər naziri ilə görüşəcək".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Tramp Ər-Riyadda Səudiyyə Ərəbistanı-ABŞ Birgə İnvestisiya Forumunda çıxışında deyib.
O, ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyaları xatırladıb və sanksiyaları ləğv edəcəklərini bildirib: "Türkiyə lideri Ərdoğan bir neçə gün əvvəl də oxşar tələblə çıxış etmişdi. Bunu Yaxın Şərqdəki digər hörmətli dostlarım da söylədi, Suriyaya qarşı sanksiyaları qaldıracağıq".
Samir MUSAYEV
MİA.AZ