ABŞ və Səudiyyə Ərəbistanının təxminən 142 milyard dollar dəyərində tarixin ən böyük silah satışı müqaviləsi imzalayıblar.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, müqaviləyə əsasən, Səudiyyə Ərəbistanı ABŞ-ın müdafiə şirkətlərinin ən müasir döyüş texnikası və xidmətləri ilə təmin olunacaq.
Açıqlamada qeyd olunub ki, yeni saziş hər iki ölkə üçün tarixi və transformativdi: "ABŞ və Səudiyyə Ərəbistanı arasında tərəfdaşlıq üçün yeni qızıl dövrü başlayır. Bu müqavilə Amerika sistemləri və təlimlərinə əsaslanan Səudiyyə Ərəbistanının müdafiə və regional təhlükəsizliyinə əhəmiyyətli bir sərmayəni əhaətə edəcək"
Lamiyə Əhmədli
MİA.AZ