Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru təyin edilib.
Qeyd edək ki, B.Əhmədov 1984-cü ildə Neftçalada anadan olub. O, Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib.
Baş prokurorun müavini bu təyinata qədər Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi olub.