ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turnesinin ilk mərhələsində Səudiyyə Ərəbistanına gəlib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hava limanında onu ölkənin rəhbərliyi qarşılayıb.
O, vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşəcək, daha sonra isə Səudiyyə Ərəbistanı-ABŞ İnvestisiya Forumunda iştirak edəcək.
Həmçinin, Trampın səfəri zamanı ikitərəfli və regional ticarət, siyasi və hərbi məsələlər müzakirə olunacaq.
ABŞ mətbuatı yazıb ki, Tramp Səudiyyə Ərəbistanından 1 trilyon dollar investisiya cəlb etməyi düşünür: "Səudiyyə administrasiyası isə 600 milyard dollar investisiya vəd edib"
Tahir Şəlvəli
MİA.AZ