Türkiyənin Antalya şəhəri NATO Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısına ev sahibliyi edəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, toplantı mayın 14-15-də baş tutacaq.

Türkiyə XİN-dən verilən məlumata görə, 32 NATO ölkəsininn təmsil olunacağı toplantıda nazirlər arasında fikir mübadiləsi aparılacaq: "Bu çərçivədə 24-25 iyun tarixlərində Haaqada keçiriləcək “NATO Dövlət və Hökumət Başçıları Zirvəsi”nə hazırlıq müzakirə olunacaq".

Məlumatda deyilir ki, iclasa NATO baş katibi və digər yüksək səviyyəli rəsmilər də qatılacaqlar

Firudin Səfərli
Mia.az