Bu gün İstanbulda zəlzələ baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, İstanbulun Büyükçekmece sahillərində - epsentri Mərmərə dənizinə düşən 3,8 bal gücündə zəlzələ olub.
Zəzlələ Büyükçekmece rayonundan 20,66 kilometr aralıda 6,84 kilometr dərinlikdə baş verib: "Zəlzələ itkilərə səbəb olmayıb"
Lamiyə Əhmədli
Mia.az